Bələdiyyə polisləri tətilə başladılar
07 İyul 2013 Bazar 14:25
Yunanıstanın paytaxtı Afinada tətil dalğası böyüyür.
Yunanıstanın paytaxtı Afinada bələdiyyə polisi tətil elan edib. Onları bu addımı atmasına səbəb isə onsuz da işsizlikdən əziyyət çəkən yunanların sırasına bir də bələdiyyə polislərinin əlavə olunması təhlükəsidir.

“Evroonews”un verdiyi məlumata görə, öz iş yerlərini itirmək təhlükəsi ilə qarşılaşan polislərin bu qənaətə gəlməsinə hökumətin Troyka beynəlxalq kreditorlarla ictimai sahədə islahatlar aparılması üçün danışıqlara getməsi əsas verib.

Belə ki, polislər bu danışıqların sonunda onların əksəriyyətinin işdən çıxarılacağını deyirlər. Onu da deyək ki, bu barədə qərar qəbul olunarsa, 3500 nəfər iş yerini itirəcək. Lakin onlardan bəzilərinin yenidən işə düzəlmək imkanı da ola bilər. Troyka nümayəndələri rəsmi Afinaya islahatlarla bağlı qərar qəbul etmək üçün sabaha qədər vaxt verib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar