Belçikada partlayış törədənin şəxsiyyəti bilindi
14 Dekabr 2011 Çərşənbə 12:08
33 yaşlı kişinin psixi problemləri olduğu ehtimal edilir.
Dünən Belçikanın üçüncü böyük şəhəri olan Lyejdə törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı araraq 5 nəfərə çatıb. Avtobus dayanacağına 4 qumbara atılması nəticəsində ölənlər arasında hücum edən şəxsin özü və 23 aylıq körpə də var. Uşaq yaralı olaraq yerləşdirildiyi xəstəxanada ölüb. Digər 3 nəfərin isə 15 və 17 yaşlı yeniyetmə və 75 yaşlı qoca olduğu bildirilir.

Qeyd edək ki, hücum edənin şəxsiyyətidə müəyyənləşdirilib. Bu, 33 yaşlı Nordin Amrani adlı şəxsdir. Əvvəllər məhkum həyatı yaşayan bu şəxsin psixi cəhətdən normal olmadığı ehtimal edilir. Hücumla bağlı araşdırma aparılır. Hadisənin terror aktı olmadığı bildirilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar