Belçikada məscidə hücum edilib
27 İyul 2011 Çərşənbə 14:39
Naməlum şəxslər ibadət ocağına soxularaq bayraqları endirib, şüşələri qırıblar.
Belçikada Türk məscidinə hücum olub. ANS PRESS-in türk mətbuatına istinadla verdiyi məlumata görə, Belçikanın Dini Fonduna daxil olan Alaadin Məscidinə soxulan naməlum şəxslər Türkiyə və Belçika bayraqlarını endiriblər və ibadət ocağının şüşələrini qırıblar. Hazırda Belçika polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.
Bu vandalizm Belçika Dini Fondunun da qınağına səbəb olub. Fondun sözçüsü Coşkun Beyazgül son vaxtlar Avropada baş verən hadisələrlə yanaşı, Avropanın paytaxı hesab edilən Belçikada bu cür hadisənin baş verməsinə görə çox təəssüfləndiklərini söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: