“Arselor Metal” şirkətinin fəhlələri parlament binasına daxil olmağa çalışıblar.
Belçikanın Naymun şəhərində fəhlələrin aksiyası ixtişaşa çevrilib. “Arselor Metal” şirkətinin fəhlələri parlament binasına daxil olmağa çalışıblar.
Onlar şirkətin ölkənin cənubundakı zavodunun bağlanması və beləliklə də ixtisara salınmaqlarını etirazlara bu cür ifadə ediblər. Aksiyaçıları dayandırmağa çalışan polislərlə fəhlələr arasında qarşıdurma baş verib.
Polislərə daş parçaları və yumurta atan nümayişçilərə əsayış keşikçiləri göz yaşardıcı qaz və su şirnaqları ilə cavab verib.