Belçikada da donuz qripi tapılıb
12 May 2009 Çərşənbə Axşamı 01:15
Vəziyyəti ağır olan xəstə Gent şəhərindəki xəstəxanalardan birində həkim nəzarətinə götürülüb

 

Belçika səhiyyə təşkilatının verdiyi xəbərə görə, bu ölkədə ilk H1N1 virusu müəyyənləşib. ANS PRESS-in „Belga“ xəbər agentliyinə istinadən verdiyi məlumata görə, xəstəlik ABŞ səyahətindən qayıdan 28 yaşlı ölkə vətəndaşında tapılıb.

Səhiyyə təşkilatı rəsmilərinin verdiyi məlumata görə, vəziyyəti ağır olan xəstə Gent şəhərindəki xəstəxanalardan birində həkim nəzarətinə götürülüb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar