Belçika parçalanır?
14 İyun 2010 Bazar Ertəsi 13:50
Belçika parçalanır? Parlament seçkisində qalib gələn flamandlar radikal islahatların aparılmasını tələb edib.
Belçikada keçirilən seçki 6,5 milyon nəfər almanın və 4 milyon fransız dilli əhalinin yaşadığı ölkənin parçalanmasının başlanğıcı ola bilər. Belə ki, parlament seçkisində milliyyətçi flamandlar qələbə qazanıb. Partiyasının qələbəsini elan edən Bart de Veber ölkənin federal sistemində radikal islahatların aparılmasını tələb edib. Söhbət Belçikanın parçalanmasından gedir.

Seçkinin nəticələrinin özləri üçün yaxşı olacağına ümid edən “Flamand” Partiyası təmsil etdiyi alman dilli Flandriyanın fransız dilli Valoniyadan ayrılaraq təkbaşına Avropa Birliyində təmsil olunmasını istəyir. Bu isə öz növbəsində fransız dilli Valoniya üçün fəlakət deməkdir. Çünki Valoniya tamamilə Flamand iqtisadiyyatından aslıdır. Yeni Flamand Alyansı Partiyası lideri Bart de Vever Antverpendə səsverən zaman bildirib ki, o, flamandların Avropa Birliyində ayrı ölkə kimi təmsil olunmasını istəyir.

“Biz konfederasiya istiqamətində addımlamaq istəyirik. Çünki hamımız gördük ki, federal sistem özünü doğrultmadı. Biz immiqrasiya, ədliyyə və büdcə sahəsində siyasət yürüdülməsini istəyirik. Son üç ildə biz heç bir şeyin şahidi olmamışıq. İndi islahatlara son dərəcə ehtiyac var”, - deyə Bart de Veber bildirib.

Sosialist pratiyasının lideri Eli di Ruppo isə Belçikada vəziyyətin stabilləşməsi istiqamətində nikbin olduğunu bildirib.

“Mən hesab edirəm ki, biz ölkəmizi stabilliyə apara bilərik. Bu mümkündür. Belçika Avropanın paytaxtıdır. Bizim son illərdə bir çox problemlərimiz olub. Lakin hər bir halda biz çıxış yolu tapa bilmişik”, - deyə Sosialist partiyasının lideri vurğulayıb.

Seçkinin gedişatının normal olduğunu deyən Brüssel seçki məntəqəsi rəhbəri Fransua Nef indi Belçikada əsl seçki mühitinin olduğunu deyib.

Qeyd edək ki, 7,7 milyon seçici qeydə alınan Belçikada səsvermə məcburidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar