Belarusda sosial şəbəkələrə giriş qadağan edilib
03 İyul 2011 Bazar 18:09
Aleksandr Lukaşenko hakimiyyətdən devrilməkdən qorxur.
Belarusda sosial şəbəkələrə giriş qadağan edilib. Bu təşəbbüs Müstəqillik günündə hər hansı bir nümayişin keçirilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilib. Belarus kütləvi informasiya vasitlərinin verdiyi məlumata görə, müvafiq açıqlama ilə ölkənin hüquq-mühafizə orqanları çıxış ediblər.
Qeyd edək ki, bu gün Belarus Müstəqillik gününü qeyd edir və paytaxt Minskdə hərbi parad təşkil edilib. Bayram münasibəti ilə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, internet vasitəsi ilə idarə edilən kütləvi nümayişlər onun hakimiyyətinin devrilməsinə yönəlib: “Buna heç vaxt imkan vermərəm”.
Belarus KİV-i isə yazır ki, hərbi parad vaxtı onlarla müxalifət tərəfdarları saxlanılıb. Onlar arasında postsovet dövrünün ilk belaruslu lideri Stanislav Şuşkeviç də olub. Lakin o sonradan sərbəst buraxılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: