Belarusda prezident seçkilərinin vaxtı müəyyən edilib
14 Sentyabr 2010 Çərşənbə Axşamı 23:25
Dekabrın 19-u ən optimal tarix seçilib.
Belarusda dekabrın 19-da prezident seçkiləri keçiriləcək. Bu barədə qərarı ölkə parlamentinin Aşağı Palatası qəbul edib. Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, müvafiq qərar parlamentarilər tərəfindən də yekdilliklə qəbul edilib.

“19 dekabr -prezident seçkilərinin keçirilməsi üçün ən optimal variant hesab edilir”,- deyə Belarus parlamentinin spikeri Vladimir Andreyçenko bildirib. Onun sözlərinə görə, həmin tarixdə ölkə vətəndaşlarının böyük əksəriyyəti seçkilərdə iştirak edə bilər.

Qeyd edək ki, Belarusun fəaliyyətdə olan prezidenti Aleksandr Lukaşenko bir qədər öncə qeyri-rəsmi olsa da, seçkilərdə iştirak edəcəyini bildirib. ANSPRESS






















DOSTLARINLA PAYLAŞ:

oyunlar