Belarusda müxalifətçi prezidentliyə namizəd həbsdən buraxıldı
30 Yanvar 2011 Bazar 01:25
Lukaşenko gözlənilən sanksiyalardan xilasın yollarını axtarır.
Minskdə Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) istintaq təcridxanasından prezidentliyə keçmiş namizəd Vladimir Neklyayev və jurnalist, prezidentliyə keçmiş namizəd Andrey Sannikovun həyat yoldaşı İrina Xalip, eləcə də, dekabrın 19-da keçirilmiş prezident seçkilərindən sonrakı kütləvi iğtişaşlara görə həbs edilmiş bir neçə nəfər azadlığa buraxılıb. Onlar barəsində həbs - qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bu barədə məlumatı Belarus DTK-nın informasiya və idtimaiyyətlə əlaqələr mərkəzi yayıb. Məlumatda deyilir ki, həmin şəxslərin davranışları nəzərə alınıb və azadlığa buraxılmaları barədə qərar prokurorluqla məsləhətləşmələr əsasında qəbul edilib.

Bir gün əvvəl isə “Xartiya-97” müxalifət saytının redaktoru Natalya Radina azadlığa buraxılmışdı. Hazırda DTK-nın istintaq təcridxaansında 30-yaxın müxalifətçi, o cümlədən, prezidentliyə keçmiş namizədlər - Anrdey Sannikov, Oles Mixaleviç və Nikolay Statkeviç saxlanılırlar.

Müşahidəsilər hesab edirlər ki, Belarus hakimiyyətinin Avropa Birliyi Şurasının toplantısı ərəfəsində atdığı addımlar təsadüfi deyil. Yanvarın 31-də keçiriləcək toplantıda Belarusa qarşı sanksiyalar məsələsi müzakirə edilməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar