Belarusda iğtişaşlarla bağlı cinayət işi qaldırılıb
20 Dekabr 2010 Bazar Ertəsi 11:45
DİN: “30-dan artıq milis əməkdaşı xəsarət alıb”
Belarusun paytaxtı Minskdə 2010-cu il prezident seçkisinin nəticələrinin açıqlanmasından sonra narazı kütlə ilə milis arasında baş verən iğtişaş faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 293-cü maddəsi üzrə (Kütləvi iğtişaş) cinayət işi qaldırılıb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun daxili işlər naziri Anatoli Kuleşov məlumat verib.

Nazir bildirib ki, müxalifətin qanunsuz aksiyası nəticəsində 30-dan çox milis əməkdaşı zərər çəkib. Bundan əlavə, qarışıqlıq zamanı 4 video kamera sındırılıb, daha biri isə oğurlanıb.

Onun sözlərinə görə, bu iğtişaşı törədənlərin məqsədi ölkədə stabilliyi, sakitçiliyi və ictimai təhlükəsizliyi pozmaqdan ibarətdir. “Onlar buna nail ola bilmədilər. Bu gün biz bu təşkilati kütlənin kifayət qədər nümayəndəsini saxlamışıq və həm iştirakçılara, həm də təşkilatçılara öz qiymətimizi verəcəyik”



DOSTLARINLA PAYLAŞ:

oyunlar