Belarusda hökumət əleyhinə etiraz aksiyası keçirilib
26 Mart 2012 Bazar Ertəsi 07:38
Aksiya iştirakçıları ölkənin sovet ənənələrindən uzaqlaşıb müasir Avropa dövlətinə çevrilməsini tələb ediblər.
Belarusda hökumət əleyhinə etiraz aksiyası keçirilib. Paytaxt Minskdə baş tutan aksiyaya 5 minə yaxın müxalif fəal qatılıb. Aksiya iştirakçıları prezident Aleksandr Lukaşenkoya qarşı “Rədd olsun prezident”, “Azadlıq” kimi şuarlar səsləndirib və ölkənin sovet rejimi ənənələrindən uzaqlaşıb müasir Avropa dövlətinə çevrilməsini tələb ediblər. Aksiyada həmçinin həbsxanada saxlanılan 12 siyasi məhbusun azadlığa buraxılması istənilib. Polis isə nəqliyyatın hərəkətini dayandıraraq etirazçıların çoxalmasının qarşısını almağa çalışıb. Etiraz aksiyasında çıxış edən Belarus Xalq Cəbhəsi partiyasının lideri Aliksey Yanukeviç öz tərəfdarlarını küçələrə axışmağa səsləyib. Onun sözlərinə görə, Belorus son 2 ildə tamamilə yanlış istiqamətdə yönəldilib.
DOSTLARINLA PAYLAŞ: