Belarus və Özbəkistan KTMT silahlı qüvvələrinə qoşulmayıb
14 İyun 2009 Bazar 19:30
Təşkilatın silahlı qüvvələrinin yaradılması barədə sazişə Ermənistan, Qırğızıstan, Tacikistan və Rusiya qol çəkib

 

Belarus və Özbəkistan Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatının (KTMT) silahlı qüvvələrinin yaradılması barədə sazişə qol çəkməyib.

ANS PRESS «Rossiya» telekanalına istinadən bildirir ki, sənədin imzalanması bu gün Moskvada həyata keçirilib. Ermənistan, Qırğızıstan, Tacikistan və Rusiya təmsilçiləri sənədə qol çəkiblər.

Rusiya prezidenti Dmitri Mevedev bildirib ki, Özbəkistan prezidenti İslam Kərimov sənədlə bağlı daha dərin müzakirələrə ehtiyacı olduğunu söyləyib. Belarus isə Rusiya tərəfindən süd məhsullarının idxalına qadağan qoyulduğundan KTMT-nin Moskvada keçirilən iclasına getməyib. /ANS PRESS/   
 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar