Belarus Vahid İqtisadi Məkana rəsmən hə dedi
21 Dekabr 2010 Çərşənbə Axşamı 21:45
Ölkə parlamentində müvafiq saziş ratifikasiya olunub
Belarus parlamentinin aşağı palatası bu gün Qazaxıstan və Rusiya ilə vahid iqtisadi məkanın yaradılmasını nəzərdə tutan sazişi ratifikasiya edib. Rusiya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, parlamentin bütün deputatları 18 sənədə yekdilliklə səs verib.
Vahid İqtisadi Məkan - razılaşdırılmış makroiqtisadi siyasətə uyğun olaraq iştirakçı dövlətlərin sərhədini keçməklə əmtəə, xidmət, eləcə də kapital və işçi qüvvəsinin sərbəst yerləşdirilməsini nəzərdə tutur.
DOSTLARINLA PAYLAŞ: