Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistana işüzar səfər edəcək. ANSPRESS "Panorama" saytına istinadən məlumat verir ki, bu barədə razılaşma A. Lukşenkonun Ermənistan dövlət başçısı Serj Sarkisyan ilə martın 9-da keçirilən telefon danışığında əldə edilib. Hələlik səfərin dəqiq vaxtı bəlli deyil.
Telefon danışığı zamanı prezidentlər ticari-iqtisadi əməkdaşlıq, ikitərəfli münasibətləri müzakirə edilib. /ANS PRESS/