Belarus Polşaya nota verib
27 Yanvar 2010 Çərşənbə 11:20
Rəsmi Minsk bir neçə polşalı deputatı hüquqa zidd hərəkətlərdə ittiham edir
Belarusun Xarici İşlər Nazirliyi Polşaya bəzi diplomatlarının hüquqazidd hərəkətləri ilə bağlı nota verib. Polşanın Minskdəki səfiri Henrik Litvin Belarus XİN-ə dəvət edilib və nota ona təqdim olunub.
Belarus XİN-in mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, diplomatik nümayəndəliyin rəhbərinin diqqətinə çatdırılıb ki, Polşa səfirliyinin ayrı-ayrı əməkdaşları xarici diplomatların akkreditasiya olunduqları ölkələrdəki fəaliyyətini nizamlayan beynəlxalq sənədlərə zidd hərəkətlərə yol verirlər. Lakin söhbətin polşalı diplomatların konkret hansı hərəkətindən getdiyi açıqlanmır.
Güman olunur ki, Polşaya nota verilməsi “Belarus polyakları İttifaqı” ictimai təşkilatı ətrafında yaranmış yeni qarşıdurma ilə bağlı olub. Bir neçə ildir ki, bu adda iki təşkilat fəaliyyət göstərir. Onlardan biri rəsmi qeydiyyata alınıb və Belarus hökuməti tərəfindən dəstəklənir. Digər təşkilatı isə rəsmi Varşava himayə edir. Təxminn bir həftə əvvəl İvenets şəhərində polşalıların qeyri-rəsmi təşkilatının bir neçə fəalı həbs edilib. Bu isə Polşada narazılıqla qarşılanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: