Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iyunun 14-də Moskada keçiriləcək sessiyasında iştirakı şübhə altındadır. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin diplomatik nümayəndəliyindəki mənbə bildirib.
“Belarusun xarici işlər naziri Sergey Martınov rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbəti zamanı ölkəsinin nümayəndə heyətinin sessiyada iştirakının sual altında olduğunu bildirib", - deyə mənbə vurğulayıb.
"Serqey Martınov Belarusun mövqeyini ölkənin iqtisadi təhlükəsizliyinin təhlükə altına düşəcəyi bir şəraitdə hərbi təhlükəsizlik məsələlərinin müzakirəsinin mümkünsüz olması ilə izah edib", - deyə mənbə vurğulayıb. /ANS PRESS/