Belarus da Abxaziya və Cənubi Osetiyanı tanıyacaq?
03 Avqust 2010 Çərşənbə Axşamı 11:45
Rusiya prezidenti maraqlı açıqlama ilə çıxış edib.
“Rusiya Abxaziya və Cənubi Osetiyanın beynəlxalq səviyyədə tanınmasında maraqlıdır, lakin bu qarşıya qoyulan məqsəd deyil. Belarusa gəldikdə isə, prezident hər iki “respublika”nı tanıyacağına vəd verib”. Bu sözləri jurnalistlərin müvafiq suallarını cavablandırarkən Rusiya prezidenti Dmitri Medvedev deyib.

“Biz onların tanınmasında maraqlıyıq. Lakin bu qarşıya qoyulan məqsəd deyil. Belə bir məqsəd olmayıb və olmayacaqda", - deyə Medvedev bildirib.

Minskə gəldikdə isə, Medvedev qeyd edib ki, Lukaşenko əvvəllər Abxaziya və Cənubi Osetiyanı qətiyyətlə tanımaq niyyətlərində olduğunu bildirib. Rusiya prezidentinin sözlərinə görə, Belarus lideri belə bir vədi bir sıra MDB ölkələrinin liderlərinin yanında verib.
"O deyib: "Təntənəli şəkildə söz verirəm ki, mən bunun üçün ən qısa vaxt ərzində hər şey edəcəyəm”, - deyə Medvedev bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar