Bekhem prezidentlə bir küçədə yaşayacaq
13 Fevral 2013 Çərşənbə 17:31
Futbolçunun qaldığı nömrədə otaqlar bahalı daş və nadir naxışlarla bəzədilib
PSJ-nin 37 yaşlı yarımmüdafiəçisi Devid Bekhem Fransa prezidenti ilə eyni küçədə yaşayacaq. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçunun yaşayacağı “Bristol” oteli Parisin məşhur “Fobur Sent-Onore” küçəsində yerləşir. Orada həmçinin Fransa prezidenti Fransua Ollandın yaşadığı Yelisey sarayı da həmin küçədə yerləşir.

Bekhemin qaldığı nömrənin ümumi sahəsi 320 kv metrdir. Həmin nömrədə otaqlar bahalı daşlarla və nadir naxışlarla bəzədilib. İngiltərə yığmasının keçmiş kapitanı bu nömrədə 2013-cü ilin iyununa kimi qalacaq.

Qeyd edək ki, Bekhem Parisdə tək yaşayacaq, onun xanımı və uşaqları isə Londonda qalacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar