Bəhreyndə insanlar küçəyə axışdı: 1 ölü, 3 yaralı
15 Fevral 2014 Şənbə 19:38
Paytaxt Manamada hökumətə qarşı çıxan qüvvələrlə polis arasında qarşıdurmalar olub.
Bəhreyndə 3 il əvvəl baş vermiş etiraz aksiyaların ildünümü ərəfəsində yeni etirazlar başlayıb.
Paytaxt Manamada hökumətə qarşı çıxan qüvvələrlə polis arasında qarşıdurmalar olub. Mərkəzi küçələrdən birində baş vermiş qarşıdurmalar zamanı üsyançı fəallar polisə daş və molotof kokteylləri ilə hücum ediblər. Təhlükəsizlik əməkdaşları hökumət binasını zəbt etməyə çalışan etirazçıları canlı səd quraraq bölgədən uzaqlaşdırmağa çalışıblar. Qarşıdurmalar zamanı bir neçə nəfər xəsarət alıb.
Etiraz aksiyaları zamanı indiyə qədər artıq 29 nəfər həbs edilib. Paytaxtın müxtəlif yerlərində baş verən partlayışlarda bir polis zabitinin öldüyü, 3 nəfərin isə yaralandığı deyilir. Bəhreyndə indiki hökumətin fəaliyyətindən narazı qalan insanlar 2011-ci “Ərəb baharı” inqilabının ildönümündə aksiyaları davam etdirəcəklərini bəyan edib.
Xatırladaq ki, 3 il əvvəl ölkədə «ərəb baharı»na dəstək məqsədilə küçələrə çıxan anti-hökumət qüvvələri ilə polis arasında qarşıdurmalar zamanı 65 nəfər öldürülmüşdü.
DOSTLARINLA PAYLAŞ: