Bəhreyndə 23 siyasi məhbus azadlığa buraxıldı
23 Fevral 2011 Çərşənbə 13:41
Onlar hökumət əleyhinə sui-qəsddə ittiham olunurdular
Bəhreyn hakimiyyəti hazırki sünni hökumətinə qarşı sui-qəsddə ittiham olunaraq həbs edilən 23 şiə fəalını azad edib. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, siyasi məhbusların azadlığa buraxılması bir həftə öncə Bəhreynin demokratik idarəçiliyə keçirilməsi naminə kampaniyaya başlayan nümayişçilərin əsas tələblərindən biri idi.

Ölkənin müxalifət partiyası nümayəndəsinin sözlərinə görə, artıq 100 nəfər azad edilib, lakin onlarla məhbus hələ də həbsdədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar