Bəhreyn müxalifəti parlament seçkilərini boykot etmək istəyir
14 Avqust 2011 Bazar 06:33
Şiə partiyası parlamenti legitim saymır
Bəhreyn müxalifəti parlament seçkilərini boykot etmək niyyətindədir. Bunu “Əl Vəfaq” şiə partiyasının nümayəndələri bəyan ediblər. Onların fikrincə, parlament artıq legitim orqan deyil. Çünki bu il hökumətə xalq üsyanını yatırmağa imkan verib. Şiə partiyasının nümayəndələri bildiriblər ki, bu ilin sentyabrında keçiriləcək parlament seçkilərində iştirakdan imtina edəcəklər.

Xatırladaq ki, bu ilin fevralında Bəhreyndə kütləvi iğtişaşlar başlayıb. Şiə çoxluğunun nümayəndələri demokratik islahatların keçirilməsini tələb ediblər. Müxalifət nümayəndələri və hökumət qoşunları arasında baş vermiş toqquşmalar zamanı 30-a yaxın adam həlak olub, 400-dən çox adam xəsarət alıb. İğtişaşlar Səudiyyə Ərəbistanı qoşunlarının Bəhreynə daxil olmasından sonra başa çatıb. İyulda ölkədə siyasi dialoq başlayıb. Dialoq prosesinə 300-ə yaxın müxtəlif partiya və hərəkat qoşulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar