Bəhreyn kralı varis şahzadəyə ümummilli dialoqa başlamaq səlahiyyəti verdi
19 Fevral 2011 Şənbə 01:38
Şeyx Salman bin Hamad əl Xəlifə bütün təbəqələrdən olan vətəndaşların arzu və ümidlərini doğrultmalıdır.
Bir neçə gündür hakimiyyət əleyhinə nümayişlərin keçirildiyi Bəhreynin kralı varis şahzadəyə bütün tərəflərlə ümummilli dialoqa başlamaq səlahiyyəti verib. Bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Kral sarayının rəsmi məlumatında deyilir ki, şeyx Salman bin Hamad əl Xəlifəyə “bütün təbəqələrdən olan vətəndaşların bütün arzu və ümidlərini doğrultmaq üçün səlahiyyətləndirilib”.
Kiçik ada dövləti olan Bəhreyn krallığında xalq etirazları artıq bir ençə gündür davam edir. Əsasən şiə müsəlmanlardan ibarət olan nümayişçilər hakimiyyətdə olan sünni müsəlmanlardan daha çox hüquq tələb edirlər.
Ötən gün Bəhreyn ordusu nümayişçilərə atəş açıb. Polis qüvvələri müxalifətçilərin çadır düşərgəsini ləğv etmək üçün ötən gecə əməliyyat keçirib. Toqquşmalar zamanı 3-5 nəfər həlak olub, 230-dan çox adam xəsarət alıb. Bundan sonra parlamentin şiə fraksiyasının üzvləri qanunverici orqanı tərk etdiklərini bildiriblər və hökumətin istefasını tələb ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: