Bəhreyn də islahatlar tələb edir
26 Fevral 2011 Şənbə 21:31
Bəhreyn də islahatlar tələb edir. Minlərlə insan Nazirlər Kabinetinin istefasını tələb edir.
Misir, Yəmən, Tunis və Liviydan sonra Bəhreyndə də minlələr nümayişçi hökumət binası qarışına yığışıb. Müxalifət tərəfdarları dövlət müəssisələrinin önündə mitinqlərə start verir.
Müxalifət tərəfdarlarından biri bildirib ki, hökumət onların tələblərini yerinə yetirmədiyindən ölkədə vəziyyəti daha gərginləşdirmək niyyətindədirlər. Onun sözlərinə görə, bu yaxınlarda kralın üç naziri istefaya göndərməsi kifayət etmir: “Bütün Nazirlər Kabineti istefaya getməlidir”.
Xatırladaq ki, Bəhreyn kralı Hamad ben İsa əl-Xəlifə ölkədə böhran vəziyyəti yaradan üç naziri vəzifəsindən azad edib. Bəhreyndə kütləvi iğtişaşlar fevralın 14-dən etibarən davam edir. Nümayişçilərin əsas tələbi siyasi islahatların keçirilməsi, hökumətin istefa verməsi və əsl konstitusiyalı monarxiyanın yaradılmasıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: