Bəəs rejimi cümhuriyyət bayramını təbrik etdi
30 Oktyabr 2013 Çərşənbə 02:13
Suriya xalqı ilə ayağa qalxan türk xalqına da təşəkkür edirik.
Suriyanın hakim “Bəəs” partiyası Türkiyədə “29 oktyabr – Cümhuriyyət” bayramı münasibəti ilə təbrik mesajı yayıb. Mərkəzi komitənin üzvü Şahnaz Sübhi Faquş imzası ilə yayılan mesajda kommunist “Fəhlə Partiyası”nın simasında Türkiyə xalqının respublika bayramı təbrik edilib.
“Türkiyə Cümhuriyyətinin Mustafa Kamal Atatürk rəhbərliyində quruluşunun 90-cı ildönümünü qeyd edən türk xalqını salamlalayırıq. Türk xalqına xöşbəxtlik və sülh arzulayırıq”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərtdoğanın Suriya siyasətini xüsusi vurğulayan Faquş “Bəəs” rejiminə dəstək verən türk xalqına da xüsusi təşəkkürünü bildirib:
“Ərdoğanın Suriyaya istiqamətlənmiş nifrət dolu siyasəti və ölkəmizdəki terrorçulara dəstəyi qarşısında Suriya xalqı ilə ayağa qalxan türk xalqına da təşəkkür edirik. Yaşasın suriyalıların həqiqi dostu türk xalqı!
Şahnaz Sübhi Faquş. “Ərəb Sosialist Partiyası” (Bəəs) Mərkəzi Komitəsinin üzvü”.
DOSTLARINLA PAYLAŞ: