BBC əməkdaşları bəzi dünya şöbələrinin bağlanmasına etiraz edir
27 Yanvar 2011 Cümə Axşamı 06:50
Şöbələrin bağlanması ilə BBC telekanalının həftədə 30 milyona yaxın tamaşaçısının itirəcəyi bildirilir.
Londonda BBC teleknalı əməkdaşları şirkətin dünya üzrə yayımlanan 35 şöbədən 5-nin bağlanmasına etiraz ediblər. Şirkət 2400 nəfərin çalışdığı şöbədən növbəti üç ildə 600 nəfər işçinin işdən azad ediləcəyini elan edib. İngiltərə yayım qurumu dünya yayım xidmətindən Makedoniya, Albaniya, Serbiya, Karib və Afrika üçün portuqal dilində yayımlanan şöbələri bağlanacaq və bununlada da şirkətin 272 milyon funt sterlinq büdcəsindən 46 milyon funt sterlinq qənaət ediləcək.
Şöbələrin bağlanması ilə BBC telekanalının həftədə 30 milyona yaxın tamaşaçısının itirəcəyi bildirilir. Qeyd edək ki, şirkətin qərarı BBC şirkəti idarə heyyəti və Xarici İşlər nazirliyi tərəfindən dəstəklənməlidir. Çünki BBC dünya şirkətinin büdcəsinin böyük hissəsini məhz xarici işlər nazirliyi təmin edir. Lakin bir neçə ay öncə hökumətin bu maliyyənin dayandırması şirkəti bu addımı atmağa məcbur edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: