BBC böhtan atdığı siyasətçiyə 300 min dollar təzminat ödəyəcək
16 Noyabr 2012 Cümə 04:48
Korporasiya Alister Makelpaynla razılıq əldə edib.
BBC korporasiyası barəsində yalan məlumatlar yaydığı Britaniya siyasətinin veteranı Alister Makelpayna 185 min funt sterlinq (295 min dollar) təzminat və məhkəmə xərclərini ödməyə razılaşıb.
“BBC lord Alister Makelpaynla “Newsnight” proqramının noyabrın 2-də efirə getmiş buraxılışı ilə bağlı razılıq əldə edib. Proqramda keçmiş siyasətçi əsassız yerə pedofiliyada ittiham edilib”, - ANS PRESS-in məlumatına görə, BBC-nin yaydığı açıqlamada deyilir.
Qeyd edək ki, Makelpaynla bağlı qalmaqal nəticəsində BBC-nin baş direktoru Corc Entuisl vəzifəsindən getməyə məcbur olub. Bundan başqa, xəbərlər bölməsinin rəhbəri Helen Borden və onun müavini Stiv Mitçell də fəaliyyətlərini dondurublar.
DOSTLARINLA PAYLAŞ: