Bayram günləri amerikalıları ən çox əsəbiləşdirən nədir?
19 Dekabr 2010 Bazar 18:35
Sorğuya görə, televizor pultu üstündə mübahisə birinci yerdə dayanır
Qış bayramı günlərində Amerika ailələrində yaranan mübahisələrin əksəriyyəti televizorun pultuna görə baş verir. ANS PRESS-in Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, təqribən iki min amerikalının iştirak etdiyi sorğunun nəticələri buna şahidlik edir.
Sorğu iştirakçıları etiraf ediblər ki, Yeni il ilə əlaqədar olaraq televizorlarda efirə gedən bir-birindən maraqlı verilişlər zamanı pulta sahib olmaq ən qlobal məsələdir. İkinci yerdə isə qadınların Yeni ildə şam yeməklərinə görə narahatçılıq və yorğunluqları səbəbindən yaranan stressə görə baş verən münaqişələrdir. Bayram günlərində yaranan mübahisələrin üçüncü səbəbi isə uşaqların mətbəxdə analarına kömək etmək istəməmələri ilə bağlıdır.
Bundan əlavə, Amerika ailələrindəki küsüşmələrin baş vermə səbəbləri siyahısına yolka altında qoyulan hədiyyələrin nə zaman açılması, kimin birinci düş qəbul etməli olduğunu müəyyənləşdirmək, ailəvi baxmaq üçün bayram filminin seçilməsi, ailə başçısının serialların bayram buraxılışlarına baxmaqdan imtina etməsi və s. bu kimi məsələlər daxildir.
Milad bayramına hazırlaşmaq il ərzində ən əsəbi vəziyyətlərdən biri hesab olunur.
DOSTLARINLA PAYLAŞ: