Baykala gizli kamera şoku!
07 May 2010 Cümə 16:35
CHP sədri Baykala aid əxlaqsız videokadrların yayıldığı bildirilir.
Türkiyənin müxalifət partiyası CHP-nin sədri Dəniz Baykal barəsində sensasion bir video yayılıb. Dünən axşam Türkiyənin “Vakit” qəzetinin internet saytında yayımlanan, qısa zaman sonra qəzetin saytından çıxarılaraq “youtube” portalında yerləşdirilən əxlaqsız kadrların yer aldığı videolentin Dəniz Baykala aid olduğu bildirilir. Gizli kamera ilə Dəzin Baykalla birlikdə yataq otağında çəkilmiş kadrlardakı qadının da CHP dən olan millət vəkili olduğu bildirilir.

Video kadrlar yayımlandıqdan sonra Dəniz Baykalın vəkilləri Ankara Prokurorluğuna müraciət edərək cinayət işi qaldırılmasını və video kadrların yayımlanmasına məhdudiyyət qoyulmasını tələb ediblər. Hazırda prokurorluq Türkiyə Cinayət Məcəlləsinin 134 (şəxsi həyatın toxunulmazlığını pozma), 135 (şəxsi məlumatların qanunsuz toplanılması), 125/1 və 2-ci (təhqir) maddələri ilə cinayət işi qaldırıb və araşdırma aparılır.

İlkin olaraq Prokurorluq Dəniz Baykala aid olduğu iddia edilən videogörüntülərin yayımının qadağan edilməsi üçün Türkiyənin İnformasiya və Telekommunikasiya Nazirliyini təlimatlandırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar