Batumidə İranın baş konsulluğu açıldı
04 Noyabr 2010 Cümə Axşamı 19:10
Manuçöhr Mottaki: "Biz bu günü tarixi hadisə adlandırırıq".
Bu gün Batumidə İranın baş Konsulluğu açılıb. Açılış mərasimində iştirak edən İranın xarici işlər naziri Manuçöhr Mottaki diplomatik idarənin açılışının vacib hadisə hesab edildiyini bildirib. “70 illik fasilədən sonra Batumidə İranın baş konsulluğunun yenidən fəaliyyətə başlaması mühüm addımdır. Biz bu günü tarixi hadisə adlandırırıq”,- deyə İran xarici siyasət idarəsinin rəhbəri Manuçöhr Mottaki bildirib.

Tərəflər bəyan edib ki, konsulluğun açılması iki ölkə arasında çoxtərəfli münasibətlərin dərinləşməsinə əhəmiyyətli dərəcədə yardım edəcək.

Bu gün İran xarici işlər nazirinin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə danışıqlar aparacağı da bildirilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar