Batumidə İran konsulluğu açılacaq
05 Oktyabr 2010 Çərşənbə Axşamı 20:50
Batumidə İran konsulluğu açılacaq. Tərəflər məsələ ilə bağlı danışıqlar aparır.
İran Batumidə konsulluğunu açmaq istəyir. Bu gün İranın səfiri Məcid Səmədzadə Sabir Acarıstan hökumətinin sədri Levan Varşalomidzenin qəbulunda olub. Görüş zamanı İranın Batumidə konsulluq açması barədə məsələ müzakirə olunub.
Həmçinin iqtisadi sahədə əməkdaşlıq əlaqələri və İranla Gürcüstan arasında viza rejminin ləvğ məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
İranlı səfirin sözlərinə görə, Gürcüstanla İran arasında viza rejiminin ləvğ edilməsinə dair sənədlər artıq hazırdır və onların yaxın gələcəkdə imzalanması planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: