Batan gəmidən 500 milyon avro gəlir
16 Oktyabr 2013 Çərşənbə 10:45
İtalyanın Giglio Adası yaxınığında batan "cruise" gəmisi sudan tamamilə çıxarılıb.
Ötən il yanvar ayında 32 adamın ölümünə səbəb olan qəzada batan “Costa Concordia” gəmisi Türkiyədə 500 milyon avroya təmir ediləcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə gəmi İzmirin Aliağa limanına gətiriləcək. İtalyanın Giglio Adası yaxınığında batan "cruise" gəmisi sudan tamamilə çıxarılıb.
Gəminin batıq sağ tərəfi tamamilə çürüyərək istifadəyə yararsız vəziyyətə düşüb. 114 ton ağırlığında olan gəminin təmir edilməsi üçün lazım olan xərcin 30 faizi ( 150 milyon avro ) gəmidəki təchizatların satılmasıyla ödəniləcək. Gəminin İzmir limanına aparılması üçün 30 milyon dollara gəmi kiralanıb.
Sizə İtalyada batan nəhəng gəminin görüntüsünü təqdim edirik:
DOSTLARINLA PAYLAŞ: