Almaniyada qeyri-adi ev inşa edilib. İkimərtəbəli ev xarici görünüşü, əşyaları ilə başqa evlərdən qətiyyən fəqlənmir. Onun yeganə fərqli cəhəti baş aşağı durmasıdır.
Belə ki, Bispinqen qəsəbəsində inşa edilən evin nəinki binası, içərisindəki yemək masası, hamam otağı, şkaflar, divan kreslo, rəflər, boşqablar, hətta qida məhsulları belə tərsinə yerləşdirilib.
"Çılğın ev"i ziyarət etmək üçün hər gün yüzlərlə insan gəlir. Onların arasında turistlər böyük çoxluq təşkil edir.