Başbuğ-Ərdoğan görüşünün müəmması...
28 Fevral 2010 Bazar 19:00
İ.Doğramacının dəfn mərasimində baş nazirlə söhbətdə İlker Başbuğun ağzını əli ilə tutması jurnalistlərin diqqətindən yayınmayıb
Dünya şöhrətli pediatr, professor İhsan Doğramacının dəfn mərasimindən sonra Türkiyə Silahlı Qüvvəllərinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Nazirlər Kabinetinə gəlib. Danışıqlar barədə rəsmi məlumat hələ verilməyib.
Qeyd edək ki, professor İhsan Doğramacının Qocatəpə məscidində keçirilən dəfn mərasimində baş nazirlə söhbət əsnasında İ.Başbuğun ağzını əli ilə tutması media nümayəndələrinin diqqətindən yayınmayıb.
Xatırladaq ki, bu gün İhsan Doğramacı son mənzilə yola salınıb. İctimai xadim İhsan Doğramacının Ankarada atasının şərəfinə inşa etdirdiyi Doğramacızadə Əli Paşa məscidinin bağçasında dəfn olunub. Mərhumun dəfnində Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: