Başak İnam kapitallaşmasını artırır
25 Noyabr 2010 Cümə Axşamı 19:40
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sığorta şirkətinin səhmlərinin emissiya prospektini qeydə alıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Başak-İnam Sığorta Şirkəti” ASC-nın adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Komitədən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ100100468P, emissiyanın həcmi 1 500 000 manat, qiymətli kağızın miqdarı 7 500 ədəd, nominal dəyəri 200 manat, anderrayter “Çelsi Kapital” MMC-dir.

Qeyd edək ki, sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. O, 32 sığortalama növü üzrə fəaliyyət göstərir, onlardan 4-ü icbari növə aiddir. Şirkətin həmsahibkarı fransız sığorta və təkrarsığorta şirkəti "GROUPAMA"dır və sonuncuya "Bashak Inam"ın həmtəsisçisi olan Türkiyənin "Bashak Sigorta" şirkətinin səhmlərinin 95 faizi məxsusdur. Şirkətin Nizamnamə Kapitalı 3 milyon manat təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar