Baş qərargah rəisi vəzifədən çıxarıldı
20 Fevral 2014 Cümə Axşamı 03:05
Yanukoviçin fərman ilə Dəniz Qüvvələri Komandiri Admiral Yuriy İlin baş qərargah rəisi və Ukrayna Silahlı Qüvvələri baş komandanı vəzifəsinə təyin edilib.
Ukrayna prezidenti Viktor Yanukoviç ölkə Silahlı Qüvvələri Baş Qərərgah rəisi Vladimir Zamanı vəzifəsindən azad edib.

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidenti Yanukoviçin rəsmi saytında Baş Qərərgah rəisi Vladimir Zamanın vəzifəsindən azad edilməsi barədə fərman imzalandığı bildirilib.

Yanukoviç tərəfindən imzalanan digər bir fərman ilə Dəniz Qüvvələri Komandiri Admiral Yuriy İlin baş qərargah rəisi və Ukrayna Silahlı Qüvvələri baş komandanı vəzifəsinə təyin edilib.

Sabiq qərargah rəisi isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibinin müavini olaraq təyin edilib.

Ukrayna prezidenti Viktor Yanukoviç ölkə içindəki siyasi böhrandan çıxış yolu tapmaq üçün Aleksandr Kluyevin başçılığı ilə bir iş qrupu yaradılması və ən qısa müddətdə müxalifətlə danışıqlara başlanması təlimatı verildiyi bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar