Baş nazirin ofisində yanğın
10 Aprel 2010 Şənbə 23:40
İsrail baş nazirinin ofisində məxfi arxiv sənədlərinin yandığı güman edilir.
İsrail baş naziri Benyamin Netanyahunun Qüdsdəki Bürosunun zirzəmisində yanğın baş verib. Yanğınsöndürənlərin köməyi ilə qarşısı alınan hadisədə yaralanan və ölən olmasa da, həmin ərazidəki məxfi arxiv sənədlərinin məhv ola biləcəyi bildirilib. Həftənin şənbə günü olduğundan bağlı olan idarədə yanğının necə baş verməsini isə polis araşdıracaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: