Baş nazirin müşaviri uşaq pornosuna görə həbs olundu
05 Mart 2014 Çərşənbə 03:21
Patrik Rakın gələcəkdə Lordlar Palatasında özünə bir yer əldə etməsi gözlənilirdi.
İngiltərənin baş nazirinin müşaviri barədə qalmaqallı məhkəmə iddiası qaldırılıb.

ANS PRESS-in xəbərinə görə, baş naziri Devid Kameronun 62 yaşlı məsləhətçisi Patrik Rak uşaq pornosu ittihamları nəticəsində həbs olunub.

Hökumətdə mübahisə yaradan "internetə porno filtri" qanununu irəli sürənlərdən olan Rak həbs olunması ilə, 2011-ci ildən bəri yerinə yetirdiyi müşavir vəzifəsindən də istefa edib.

Keçmiş baş nazir Marqaret Tetçerə də çox yaxın olduğu bilinən bu subay aristokrat 1970-ci illərdən bəri Mühafizəkar Partiyanın tanınmış simalarından biri olub. Onun gələcəkdə Lordlar Palatasında özünə bir yer əldə etməsi gözlənilirdi.

İngiltərə polisi ittihamları təsdiqləyəcək materialların necə aşkar edildiyini açıqlamasa da, istintaq nəticəsində baş nazirlik ofisinin kompüter sistemini araşdırarkən tapıldığı bildirilib.

Baş nazir Kameron isə məsələ ilə bağlı münasibət bildirərək, davam edən bir istintaq işi barədə nəsə söyləməyin doğru olmadığını, uşaq pornosunun mədə bulandırıcı bir şey olduğunu və belə bir cinayət törədən hər kəsin qanunla cəzalandırılması lazım olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar