Baş nazirin müavinini döydülər
31 Dekabr 2012 Bazar Ertəsi 01:02
Hakimiyyət əleyhinə mitinqə gedən Saleh əl-Mütləqə hücum olub
İraqın qərbindəki Ənbar əyalətində qəzəbli kütlə ölkənin baş nazirinin müavini Saleh əl-Mütləqə hücum edib. Musavat.com-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, baş nazirin müavini hakimiyyət əleyhinə keçirilən mitinqə gedib. O, çıxış etmək üçün tribunaya çıxıb. Lakin Saleh əl-Mütləq çıxışa başlayan kimi aksiya iştirakçıları hiddətləniblər. Onlar “Satqın” qışqırıblar və baş nazirin müavininə su, daş, ayaqqabı atıblar.

Mühafizəçilər Saleh əl-Mütləqin ətrafında canlı sədd qurublar, havaya atəş açıblar və onu tribunadan endiriblər. Lakin cangüdənlərin müqavimətini qıran nümayişçilər baş nazirin müavininin köynəyini cırıblar, sifətinə vurublar. Nəticədə Saleh əl-Mütləqin sifəti qanayıb.

Sonradan hadisəyə polis əməkdaşları müdaxilə ediblər. Onlar kütləni dağıtmaq üçün havaya atəş açıblar və baş nazirin müavinini meydandan avtomobillə çıxarıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar