Baş nazirin müavini istefa verdi
28 Yanvar 2014 Çərşənbə Axşamı 02:02
Ziyad Behaeddin ölkede keçirilecek prezident ve parlament seçkilerinde aktiv fealiyyet göstereceyini açıqlayıb.
Misirde baş nazirin müavini, beynelxalq münasibetler naziri Ziyad Behaeddin tutduğu vezifeden istefa verdiyini açıqlayıb. ANS PRESS-in xeberine göre, bu barede melumatı Behaeddin sosial şebekedeki sehifesinde bildirib.

Ölkede keçirilen referendumla yeni konstitusiyanın qebul edildiyini xatırladan Behaeddin, bununla da sistemin leqitimliyinin tesis edildiyini ve “yol xeritesi”nde esas merhelenin başa çatdığını bildirib.

Növbeti merhelede ölkenin prezident ve parlament seçkisine hazırlaşmalı olduğunu bildiren baş nazirin müavini qeyd edib ki, bu merhelede daha aktiv fealiyyet gösterecek.

Behaeddin hemçinin istefasını nazirler kabinetine teqdim etdiyini açıqlayıb.

Nazirler kabinetinin meruzeçisi Hani Salah istefanın baş nazir Hazim el Bublaviye verildiyini tesdiq edib ve bildirib ki, baş nazir helelik buna münasibet bildirmeyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar