Baş nazirin kabineti gülləbaran edilib
14 Yanvar 2013 Bazar Ertəsi 14:58
Hadisə Yunanıstandan baş verib
Yunanıstanın baş nazirinin kabineti avtomat silahdan açılan atəşlə gülləbaran edilib. ANS PRESS-in RBK-ya istinadən verdiyi məlumata görə, naməlum şəxslər avtomat silahdan Afinada "Yeni demokratiya" partiyasının baş qərargahına atəş açıb. Polisin yaydığı məlumatda isə bildirilir ki, atəş açan şəxslər baş nazirin Antonios Samarasın kabinetini hədəfə alıblarmış.
Yunanıstanın yerli mətbuatı yazır ki, polis hadisə baş verən ərazidən 9 güllə tapıb. Lakin xəsarət alanların olmadığı açıqlanıb.
Səhərə yaxın isə yanan avtomobil tapılıb. Artıq Yunanıstan hökumət başçısının sözçüsü hadisə ilə bağlı açıqlama verib. O deyib ki, atəş Yunanıstanın "Yeni demokratiya" partiyasına qarşı olub. Hələlik hadisəni heç bir yunanıstanlı təşkilat öz üzərinə götürməyib.
DOSTLARINLA PAYLAŞ: