Avstraliyanın baş naziri Culiya Qillardın “Mayalar haqlıdır” deməsi ölkədə şok təsiri yaradıb
Avstraliyanın baş naziri Culiya Qillardın 21 dekabr barədə çıxışı ölkədə təşvişə səbəb olub. Baş nazirin çıxışında “21 dekabrda qiyamətin qopacağını deyən mayalar haqlıdır” deməsi dinləyiciləri şoka salıb. Ölkə bayraqlarının əatəsində, ciddi ifadə ilə dsanışan Qillard bunun virtual qiyamət olmadığını deyib. “Avstraliyalı dostlarım, dünyanın sonu gəlir. Bu, 2000-ci ildəki kimi virtual qiyamət və ya karbon vergisi deyil. Belə görürəm ki, Maya təqvimi həqiqəti göstərir” – deyə baş nazir bildirib.
Baş nazirin 50 saniyəlik bu çıxışından sonra Baş Nazirliyin rəsmisi “Triple J” radiosunda səsləndirilən və radionun internet saytına yüklənən çıxışın videosunun sadəcə zarafat olduğunu deyib. Bu açıqlamadan sonra avstraliyalılar rahat nəfəs alıblar.
Xatırladaq ki, Culiya Qillard daha əvvəl də belə bir zarafat etmiş, ekoloji çirklənmə səbəbilə “Karbon vergisi” barədə qanun layihəsi qəbul etdiklərini açıqlamışdı.