Baş nazirə sendviç atdılar
30 May 2013 Cümə Axşamı 10:27
Avstraliyanın hökumət başçısı yenə də sendviç hücumuna məruz qalıb.
Avstraliyada naməlum şəxs ölkənin baş naziri Culiya Gillarda sendviç atıb. ANS PRESS-in “Fran-Press”ə istinadən verdiyi məlumata görə, sendviç hədəfdən, yəni baş nazirdən yan qaçıb.

Olay xanım Gillardın Kanerradakı orta məktəblərdən birinə səfəri zamanı baş verib. Məktəbdə şagirdlərlə görüşə gələn baş nazir şagirdlər qarşılayıb. Onları salamlayan baş nazirə qəfil şagirdlərdən biri sendviç atır. Lakin sendviç Avstraliya hökumət başçısından yan keçir və yerə düşür.

Xanım Culiya Gillard özünü itirmədən zarafatla hadisəyə münasibət bildirib: "Yəgin onlar mənim ac olduğumu düşünüblər".

Qeyd edək ki, bu, artıq ikinci haldır ki, Avstraliyanın baş naziri Culiya Gillarda sendviç atırlar. Birinci hadisə mayın 8-də baş vermişdi. Həmin olay da məktəbdə olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar