Baş nazirə seks ittihamı
23 Yanvar 2013 Çərşənbə 11:34
Yuliya Timoşenko indi də sabiq baş nazirlə intim münasibət yaşamaqda ittiham olunur.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkoya qarşı irəli sürülən ittihamlar getdikcə kəskinləşir. Belə ki, Ukrayna Baş Prokurorluğu onun 1990-cı illərdə baş nazir olan Pavel Lazarenko ilə intim münasibətdə olduqlarını açıqlayıb.

Yerli mətbuat yazır ki, bu faktlar ötən il məhkmədə çıxış edən şahidlərin ifadələri əsasında müəyyənləşdirilib. Şahidlərdən biri Petr Kiriçenko prokurorluqda ifadəsi zamanı deyib ki, Lazarennko xanım Timoşenkoya "Kiyev" otelində, eləcə də Karlovi Varidə üçotaqli lüks otaq ayırdığını deyib. Şahidin sözlərinə görə, guya bu haqda Lazarenko özü ona danışıb.

Xatırladaq ki, 1990-cı illərdə Yuliya Timoşenko "Ukraynanın vahid energetik sistemi" şirkətinə rəhbərlik edirdi. Onun himayədarı isə həmin vaxt baş nazir postunda olan Pavel Lazarenko hesab olunurdu.
Timoşenko 1979-cu ildən ailəlidir. Həyat yoldaşı Aleksandr hazırda xaricdə yaşayır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar