Baş nazir zəif olduqlarını etiraf edərək istefa verdi
27 Aprel 2014 Bazar 11:22
Çon Xon Von: Höküməti təmsil etməyimizə baxmayaraq qəzanın qarşısının alınması zamanı qarşımıza çoxlu problemlər çıxdı.
Cənubi Koreyanın baş naziri Çon Xon Von "Sevol" bərəsinin batmasına görə məsuliyyəti öz üzərinə götürərək istefa verib. ANS PRESS-in məlumatına görə, qəza zamanı ölkə hökumətinin müdaxiləsinin zəyif və lazımı qədər olmadığı deyən baş nazir hökumətdən getdiyini açıqlayıb.
"Mənim postda qalmağım administrasiya üçün çox böyük yük olacaq. Höküməti təmsil etməyimizə baxmayaraq qəzanın qarşısının alınması və erkən müdaxilə zamanı qarşımıza çoxlu problemlər çıxdı. Buna görə sizdən üz istəyirəm. Fəlakətə səbəb olan çoxlu sayda qanunsuzluq var idi. İnanıram ki bütün bunlar düzəldiləcək və belə bir qəzalar bir daha heç vaxt baş verməyəcək".
Xatırladaq ki, "Sevol" sərnişin bərəsi aprelin 16-da qəzaya uğrayıb. Bərənin normadan üç dəfə artıq yükləndiyi məlum olub. Bərənin göyərtəsində 475 sərnişin olub, onlardan 325 nəfəri Ansan şəhərindəki məktəblərdən birinin şagirdləridir. Xilasedicilər yalnız 174 nəfəri xilas edə bilib.Qəza zamanı ölənlərin rəsmi sayının 187-dən çox olduğu açıqlanıb. İtkin düşənlərin axtarışı davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: