Baş nazir istədiyi dəstəyi ala bilmədi
30 Avqust 2013 Cümə 03:25
İngilis hökumətinin Suriyaya hərbi müdaxiləylə əlaqədar təklifi parlament tərəfindən rədd edildi.
İngilis hökumətinin Suriyaya hərbi müdaxilə ilə bağlı təklifi, parlamentdə səsvermə zamanı qəbul edilmədi.

ANS PRESS-in İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, parlamentin aşağı palatası, Suriyaya hərbi müdaxiləni qanuniləşdirən qanun layihəsini 285 səslə rədd edib.

İngiltərə Baş naziri David Cameron səsvermənin nəticəsi ilə bağlı açıqlanmasında bildirib ki, parlament açıq şəkildə müdaxiləyə qarşı çıxır. O, buna görə də hərəkətə keçəcəyini qeyd edib.

İngiltərə parlamentində 8 saat davam edən qızğın müzakirələrdən sonra “Suriyaya hərbi müdaxiləni”" nəzərdə tutan hökumətin təklifini dəyərləndirən müxalifətçi İşçi Partiyasından olan deputat, Suriyada araşdırma aparan BMT nümayəndlərinin hesabatını gözləməyin vacibliyini əasa gətirərək, bu qanuna qarşı səs verəcəyini açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar