Baş nazir erməniləri təhqir etdi
13 Dekabr 2012 Cümə Axşamı 11:29
Tiqran Sarkisyan ölkədəki yoxsulluğu ölkədəki savadsızlıqla bağlayıb.
Ermənistanın baş naziri Tiqran Sarkisyan öz xalqını lağa qoymaqda davam edir. Belə ki, Cənubi Kaliforniyanın erməni icması ilə görüşdə nazir ölkədə hökm sürən aclıq və yoxsulluqdan danışıb. "Ermənistanda elm, savad çatışmazlığı olduğu üçün yoxsulluqdur". Bu barədə "Joxovurd" qəzeti yazıb.
"Yəni ki, ölkədə yoxsulluğun səviyyəsinin artması nə Serj Sarkisyanın rəhbərlik etdiyi hakimiyyətin siyasətinin uğursuzluğu, nə də Tiqran Sarkisyanın hökumətinin bacarıqsızlığı ilə deyil, xalqın savadsızlığından irəli gəlir", - deyə erməni baş nazir bildirib.
Faktiki olaraq iş məsuliyyətə gəlib çatanda T.Sarkisyan günahı başqalarının üstünə atır. "Ancaq beynəlxalq təşkilatlardan vəsait "dilənmək" lazım gələndə o, erməni ictimaiyyətinin yüsək biliyə malik olduğunu xatırlayır", - deyə qəzet qeyd edib.
DOSTLARINLA PAYLAŞ: