2 oğlan və 1 qız nəvəsi olduğunu deyən Ərdoğan İstanbula sadəcə onları görməyə gəldiyini bildirib.
“CNN Türk” kanalında gündəmə aid, xüsusilə PKK terror təşkilatı ilə sülh danışıqları barədə suallara cavab verən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan gözlənilməz sualla qarşılaşıb. Tanınmış jurnalistlər Taha Akyol, Enis Berberoğlu, Hande Fırat və Hakan Çelikin suallarına cavab verən Ərdoğana, nəvələrinə vaxt ayırıb-ayırmaması soruşulub. İbtidai sinifə gedən 2 oğlan və 3 yaşlı 1 qız nəvəsi olduğunu deyən Ərdoğan İstanbula sadəcə onları görməyə gəldiyini bildirib. Qeyd edək ki, Ərdoğan nəvələri barədə danışanda çox həyəcanlı olub. “Onların baba deyib üstümə qaçması mənə bəs edir. Nəvə sevgisi övlad sevgisindən daha böyükdür” – deyə baş nazir vurğulayıb.