Baş nazir duelə çağırıldı
28 Yanvar 2010 Cümə Axşamı 17:35
Baş nazir Yukio Xatoyamaya təhdid dolu məktub və güllə göndərilib
Yaponiyanın baş naziri Yukio Xatoyamanın ofisinə təhdid dolu məktub göndərilib. Yerli mətbuatın yazdığına görə, analoji məktub ölkənin Demokratik Partiyasının baş qərərgahına da çatdırılıb.
“Sinxua” agentliyi isə iddia edir ki, məktublarda gülləyə bənzəyən əşyalar da olub.
Məktubları göndərənlər və onların motivləri hələ ki, məlum deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: