Baş nazir Devid Kemeron pərt olub
06 Sentyabr 2014 Şənbə 10:38
Görüşmə zamanı Devid Kemeronun tələskənlik etməsi onun pərt olmasına gətirib çıxarıb.
NATO-ya üzv 28 ölkə lideri son iki ildə ilk dəfə olaraq bu həftə Uelsdə bir araya gəlib.
ANS PRESS-in məlumatına görə, NATO Sammiti çərçivəsində baş tutan liderlərin görüşündə bir sıra maraqlı məqamlar olub. Onlardan biri də İngiltərə baş naziri Devid Kemeronun başına gəlib. Belə ki, ingilis baş nazirlə və ABŞ prezidenti Barak Obama toplantıya gedərkən onları qarşılayan nümayəndə heyəti ilə görüşüblər.
Lakin görüşmə zamanı Kemeronun tələskənlik etməsi onun pərt olmasına gətirib çıxarıb. Nümayəndələrin ilk əvvəl ABŞ prezidentinin əlini sıxıb salamlaşması nəticəsində Kemeronun əli havada qalıb və sonra əlini aşağı salmalı olub. Lakin bir az keçdikdən sonra yenə əlini uzadıb və bu dəfə salamlaşmağa müvəffəq olub.
DOSTLARINLA PAYLAŞ: