Baş Assambleyasının sessiyasında 122 dövlət iştirak edəcək
17 Sentyabr 2009 Cümə Axşamı 05:50
Jan-Viktor Nkolo: “Bu, hələlik ilkin siyahıdır sentyabrın 23-dək dəyişikliklər ola bilər”
BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində keçiriləcək ümumi siyasi diskussiyalarda 122 dövlət və hökumət başçısı iştirak edəcək. Bu məlumatı Baş Assambleya sədrinin rəsmi nümayəndəsi Jan-Viktor Nkolo açıqlayıb.
Onun sözlərinə görə, bu, hələlik ilkin siyahıdır və ümumi siyasi diskussiyaların başlayacağı sentyabrın 23-dək dəyişikliklər ola bilər: “Ən son məlumatlara görə, Baş Assambleyanın işində 86 dövlət başçısı, 36 hökumət başçısı, 8 baş nazir müavini, 55 xarici işlər naziri, 2 nümayəndə heyəti rəhbəri və müşahidəçi iştirak edəcək”.
Qeyd edək ki, BMT Baş Assambleyasında siyasi diskussiyalar sentyabrın 23-dən 30-dək bir günlük fasilə (sentyabrın 27-i) keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar